"Sabah"ın yeni baş məşqçisi açıqlandı - RƏSMİ

11:18 - 5 Mart 2024

"Sabah"ın yeni baş məşqçisi açıqlanıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır klubu xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlayıb.

O, karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski Mostar” (2022-2023) klublarında baş məşqçi kimi fəaliyyət göstərib.

Xorvatiyalı məşqçi “Zrinski Mostar”la Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023). O, bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).

Xəbər xətti