"Qarabağ" bu gün Avropa Liqasında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Bayer"lə oynayıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1/8 final mərhələsinin ilk görüşündə Leverkuzen klubunu qonaq edib. Tofiq Bəhramov stadionunda keçiriləcək qarşılaşmada 2:2 hesabı qeydə alınıb.
Komandalar arasındakı cavab matçı isə martın 14-də Leverkuzendə olacaq.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyun
7 mart
"Qarabağ" - Bayer (Leverkuzen, Almaniya) 2:2
Qollar: Benzia 26, Juninyo 45+2 - Virtz 70, Şik 90+2
Baş hakim: Benoit Basten (Fransa)