SON DƏQİQƏ: AFFA 4 nəfəri ömürlük futboldan uzaqlaşdırdı - danışılmış oyunlara görə

17:56 - 18 Mart 2024

AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb.

Sportal.az xəbər verir ki, bu bardə qurumun mətbuat xidməti məlumat yayıb.

Onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”da çıxış edən Ege Atlam və Fəhmin Muradbəylidir.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Xəbər xətti