"Atletiko"nu "Əl-Nəsr"ə dəyişəcək

10:49 - 24 May 2024

"Atletiko"nun sloveniyalı qolkiperi Yan Oblak mövsüm başa çatdıqdan sonra İspaniyanı tərk edəcək.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli qapıçı karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirməyə yaxındır.

Belə ki, ona "Əl-Nəsr"dən cəlbedici şərtlərlə təklif gəlib.

Ərəblər onunla iki illik müqavilə imzalamaq niyyətindədir. Bunun üçün isə onlar "Atletiko"ya 30 milyon avro ödəməlidir.

Məsələ burasındadır ki, sloveniyalının Madrid klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. O, 2014-cü ildə "Benfika"dan "Atletiko"ya keçib. 

Xəbər xətti