"Səbail" rəhbərliyi əsas komandanın baş məşqçisi Şahin Diniyevlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "dənizçilər" 57 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli məşqçi ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Şahin Diniyev 2022-ci ilin dekabr ayında "Səbail"in baş məşqçisi təyin olunub. Komanda Premyer Liqada 2023/2024 mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi