"Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədovun yeni mövsümə “Kəpəz”də başlamaq ehtimalı var.
Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi U-21 yığmasının üzvünü növbəti mövsüm üçün də icarəyə götürməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar gedir.
"Səbail" də Əhmədovun xidmətində maraqlıdır. Yaxın günlərdə onun yeni sezona hansı komandada başlayacağı dəqiqləşəcək.