"Səbail" Yusif Nəbiyevlə müqavilə imzaladı

16:10 - 4 İyun 2024

2024/25-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Yusif Nəbiyevlə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir. Nəbiyev ötən mövsüm komandanın heyətində Misli Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Xəbər xətti