"Səbail" kapitanla yollarını ayırdı

21:33 - 4 İyun 2024

Kapitan Ağabala Ramazanovla “Səbail” PFK arasında müqavilənin müddəti başa çatıb.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi 31 yaşlı hücumçu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti