"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi Azərbaycan Premyer Liqasında komandasını dəyişə bilər.
Sportal.az saytına verilən məlumata görə, moldovalı futbolçunun xidmətində maraqlı olan klublarımız var.
Onlardan biri "Zirə"dir. Qəsəbə təmsilçisi Marandiçini heyətinə qatmağı planlaşdırır. Denislə maraqlanan digər klub isə "Sumqayıt"dır. Moldova millisinin üzvü yaxın günlərdə gələcək karyerası ilə bağlı seçimini edəcək.
27 yaşlı futbolçunun “Turan Tovuz”la müqaviləsi 2024-cü il iyulun 1-də başa çatacaq. O, əvvəllər “Leyriya”, “Çelye”, “Jrinski Mostar”da çıxış edib.