Son mövsümü "Qəbələ"də keçirmiş Klesio Bauk yeni sezona da Azərbaycanda başlamaq şansına malikdir.
Sportal.az saytına verilən məlumata görə, mozambikli futbolçunu istəyən Premyer Liqa klubları az deyil. Onlar arasında “Şamaxı” və “Səbail” klubları var.
Amma hələ ki, Bauk təkliflərə konkret cavabını verməyib.
Mozambik millisinin üzvünü maliyyə şərtləri razı salarsa, klublarımızdan biri ilə anlaşaraq ölkəmizdə qalacaq.
29 yaşlı yarımmüdafiəçi 2024-cü il yanvarın 9-da “Qəbələ” ilə müqavilə imzalamışdı. Onun müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədə idi. Amma klub onunla qarşılıqlı razılıq əsasında yollarını ayırmışdı.
O, "Benfika", "Panetolikos", "İstanbulspor", "Zirə", "Maritimo", "Honka" komandalarında oynayıb.
saytlarin hazirlanmasi