"Səbail" qapıçısı ilə yeni müqavilə imzaladı

16:48 - 5 İyun 2024

“Səbail” PFK Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 24 yaşlı qapıçı növbəti iki mövsüm Bayıl təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu “dənizçilər”in heyətində ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.

Qeyd edək ki, Hüseynəli 2022-ci ilin fevral ayından "Səbail"in formasını geynir.

Xəbər xətti