"Səbail" Əhmədovla müqavilə imzaladı

16:11 - 6 İyun 2024

“Səbail” PFK Süleyman Əhmədovla başa çatan müqavilənin müddətini yeniləyib.

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1 illik yeni saziş əldə olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Əhmədov "Səbail"in heyətində ötən mövsüm Premyer Liqada 12 oyunda (565 dəqiqə) meydana çıxıb.

Xəbər xətti