“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi “Kəpəz”in üzvü Martins Juniorla anlaşıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.
“Qartallar” bu transfer üçün “sarı-göylər”ə 100 min manat təzminat ödəyib.
Braziliyalı yarımmüdafiəçi cari mövsüm Gəncə klubunun heyətində Premyer Liqada 32 oyun keçirib və 8 qol vurub. Martinsin aktivində beş məhsuldar ötürmə var.
saytlarin hazirlanmasi