"Zirə"nin kapitanı Avropa Liqasındakı şansları barədə: "Püşkatmadan çox şey asılıdır"

21:23 - 13 İyun 2024

"Zirə"nin kapitanı Qismət Alıyev Sportal.az saytına açıqlama verib. 

O, bu mövsüm Premyer Liqada 2-ci pilləni tutmuş komandasının avrokuboklarda mərhələ adlamaq şanslarından da bəhs edib:

"Avropa Liqası elədir ki, orada asan rəqib yoxdur. Bütün rəqiblər də güclüdür. Öz çempionatlarında uğurlu çıxış ediblər. Püşkatmadan da çox şey asılıdır. Bacardığımız qədər irəliləməyə çalışacağıq. Püşkatma olsun, daha sonra rəqibi dəyərləndirib, fikir bildirmək olar".

27 yaşlı müdafiəçi yetirməsi olduğu "Qəbələ"nin bu mövsüm Azərbaycan çempionatında sonuncu pilləni tutaraq Birinci Liqaya yuvarlanmasına münasibət bildirib:

"Qəbələ" futbolçu olmağımda böyük əməyi var. 12-13 ilimi orada keçirmişəm, akademiyada yetişmişəm. “Qəbələ”nin birinci liqaya düşməsi mənim üçün də üzücüdür. Düşünməzdim ki, bu komanda aşağı liqaya düşər. Onlara yalnız uğurlar arzulaya bilərəm. Allah qoysa, yeni mövsüm üçün Premyer Liqaya yüksələrlər. Bir tərəfdən isə, “Qəbələ” kimi komandanın birinci liqada iştirak etməsi, bu turnirə olan marağı da artıracaq. “Qəbələ”yə ancaq uğurlar arzulayıram, bu klub Premyer Liqaya yaraşır. Ümid edirəm ki, geri dönərlər".

Mirbağırağa
 

Xəbər xətti