"Zirə" bu futbolçunu toplanışa aparmadı, yollarını ayırdı

12:34 - 18 İyun 2024

Türkiyənin Bolu şəhərində toplanışda olan "Zirə" bir futbolçunu yeni sezon hazırlıqlarına cəlb etməyib. Söhbət ötən mövsümün gedişində komandaya dəvət edilmiş Araz Abdullayevdən gedir.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi milli komandamızın sabiq üzvünə ehtiyac duymayıb.

Onunla müqavilə müddəti artırılmayıb və yollar ayrılıb. 

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Qəbələ", "Qarabağ", "Etnikos", "Boluspor", "Sumqayıt", "Panionios", "Everton", "Anortosis", "Llapi" klublarında oynamışdı.

Xəbər xətti