Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, “Zirə” I turda “Şerif”i keçərək 2-ci mərhələyə yüksələcək təqdirdə, potensial rəqibini tanıyıb.
Bu qarşılaşmalar iyulun 11-18-də baş tutacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv ikinci tura yüksələrsə, “Elfsborq” (İsveç) – Pafos (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
İkinci turun matçları isə iyulun 25-də və avqustun 1-də baş tutacaq.
saytlarin hazirlanmasi