"Şerif” və “Zirə” kimi böyük komandalarda oynadığım üçün çox şadam. Son iki mövsümdə “Şerif” kimi "Zirə" də liqada böyük güc nümayiş etdirdi. Onlar həqiqətən də yaxşı komandalardır".
Bu sözləri Sportal.az saytına açıqlamasında Riçard Qadze deyib.
Karyerası ərzində “Şerif” və “Zirə”də də oynamış qanalı hücumçu Avropa Liqasının təsnifat mərhələsində qarşılaşacaq bu iki komandanın şanslarından danışıb. Onun fikrincə, hər iki komandanın növbəti mərhələyə adlamaq şansı bərabərdir:
"Hər iki komanda da güclü oynayanda proqnoz vermək asan olmur. Şanslar eynidir. Təki, ən yaxşı komanda qalib gəlsin. Həm “Şerif”də, həm də “Zirə”də fantastik mövsüm keçirdim. Hər iki komandaya hörmətlə yanaşdığım üçün seçim edə bilmərəm".
"Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi