Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferi reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol klubu Sid Ahmed Ayssaui ilə anlaşıb. Əlcəzairli yarımmüdafiəçi son olaraq Rusiyanın ÇSKA klubunda oynayıb.
19 yaşlı futbolçu “Zirə” ilə oyunlar üçün sifariş olunacaq.
Qeyd edək ki, “Zirə” və “Şerif” klubları arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.
saytlarin hazirlanmasi