"Zirə" Rumıniya klubunu məğlub etdi

20:46 - 25 İyun 2024

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Rumıniyanın "Hermanştadt" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" Türkiyədə keçirdiyi ilk hazırlıq oyununda Rusiyanın "Orenburq" klubuna 1:2 hesabı ilə uduzub.

Xəbər xətti