"Zirə" və "Şerif" tanıdığım komandalardır. Bu cütün aşkar favorit "Şerif"dir. Amma proqnoz vermək, hansı komandanın qalib gələcəyini indidən söyləyə bilmərəm. Lakin dəqiq olan odur ki, maraqlı görüşlər görəcəyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram deyib.
Moldova millisinin qolkiperi Avropa Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələcək "Zirə" və "Şerif" klublarının şanslarını dəyərləndirib. O, 2023/2024 mövsümündə "Şerif"in Moldova çempion ola bilməməsinə də münasibət bildirib: "Bəzən belə də olur ki, lider dəyişir. Məncə, bu da yaxşıdır. Bu bir tərəfdən həmin komanda üçün yaxşı motivasiya ola bilər. Yeni sezon necə olacağını zaman göstərəcək. “Zirə” “Şerif” səddini keçərsə, demək ki, onlar yaxşı iş görüblər. Hər halda, dediyim kimi, iki yaxşı oyun görəcəyik. Necə alınacağını isə zaman göstərəcək".
saytlarin hazirlanmasi