Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” və “Şerif” klubları arasında keçiriləcək oyunların hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, ilk görüşün baş hakimi Alessandro Dudiç təyin edilib. Ona laynsmenlər Paskal Hirtzel və Suzanna Künq kömək olacaq. Dördüncü hakim funksiyasını isə Anoen Kanaqasinqam yerinə yetirəcək. Hakimlər briqadası İsveçrəni təmsil edir. Komandalar arasında ilk oyun iyulun 11-də Tiraspoldakı "Şerif" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Cavab görüşünün baş hakimi isə Bulat Sarıyevdir. Ona laynsmenlər Denis Lobaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim isə Aydın Tassıbayevdir. Arbitrlər komandası Qazaxıstanı təmsil edir. “Zirə” – “Şerif” matçı isə iyulun 18-də Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi