UEFA Avropa Liqasının 1-ci turunda "Zirə" ilə "Şerif" (Moldova) arasında keçiriləcək cavab oyununun hakimiləri də açıqlanıb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı qazaxıstanlı Bulat Sariyev idarə edəcək.
Ona yan xətdə Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aidin Tassibayev yerinə yetirəcək.
Qeyd edək ki, "Zirə" - "Şerif" oyunu iyulun 18-də “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşma saat 20:00 da başlayacaq.
saytlarin hazirlanmasi