"Hər şeydən əvvəl onu deyim ki, çox maraqlı oyunlar olacaq. "Şerif" artıq uzun müddətdir ki, Avropada bütün komandalar üçün ciddi rəqibdir. Onlar Moldova çempion olmasalar da, belədir. Düzünü desəm, bu mövsüm Moldovada hər kəs "Şerif"in Avropa Liqasının qrup mərhələsində oynayacağını gözləyir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Moldova Futbol Federasiyasının direktoru, vaxtı ilə Azərbaycanda legioner həyatı yaşamış Aleksandru Qolban deyib. "Simurq"un keçmiş hücumçusu bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin "Şerif" - "Zirə" görüşündən gözləntilərini bizimlə bölüşüb:
"Bilirsiz, futbol o qədər gözlənilməz olub ki, qələbə məşqçinin və onun köməkçilərinin vacib matçlar öncəsi əldə etdiyi məlumatlardan, analizlərindən, komandanı necə hazırlamasından asılıdır. Rəşad Sadıqovun məşqçilik bacarığı və hazırlığı yükəksidr. "Zirə"nin uğurları daha çox Rəşad Sadıqovun məşqçilik istedadı ilə bağlıdır. "Zirə" yaxşı liqanın təmsilçisidir. Düzü, çox futbolçu Azərbaycan Premyer Liqasında oynamaq istəyərdi. Mənim vaxtımda da belə idi. Deməyim odur ki, iki yaxşı komanda qarşılaşacaq, necə alınacağını axşam görəcəyik".
Moldova millisinin keçmiş hücumçusu, “Daçiya”, “Karpatı”, “Ayntraxt Braunşveyq”, “Tobol”, “Simurq”, “Milsami” klublarında oynamışdı.
saytlarin hazirlanmasi