"Zirə" Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şerif"i 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Hər iki komanda üçün Avropa mövsümünün başlanğıcı üçün xarakterik ilk oyun idi. Adətən bu oyunlar belə gedir, çoxlu mübarizə olur.
Heç bir komanda qol buraxmaq istəmirdi. Sonda qol vuraraq qalib gəldik və cavab görüşü öncəsi özümüzə kiçik üstünlük verdik. Ancaq bu, qarşıdurmamızın yalnız birinci yarısıdır. Bizi Bakıda çox vacib və çətin oyun gözləyir.
İndi hər iki komandanın bir-biri haqqında daha çox məlumatı var, ona görə də daha hazırlıqlı olacaqlar. Açığı, bu gün çox isti idi və komandaların dinamik oynamağı çətin idi. Amma biz bir az daha dəqiq idik. Yenə deyirəm, Bakıda bizi hələ qarşıda ikinci yarı gözləyir. Matçın sonunda fiziki hazırlıq öz sözünü dedi. Bərabər oyun idi və rəqib qol vursa belə, məni təəccübləndirməzdi. Evdə kimə qarşı oynayacağımızı başa düşürük.
İkinci hissədə hücum xəttini gücləndirmək fikrimiz var idi. Rəqib də dəyişikliklər etdi, biz də. Bizdə bir az uğurlu alındı. Hər iki komanda fərqlənə bilərdi. Bugünkü performansdan asılı olmayaraq yeni oyunçulardan razıyam. Komandaya nə vaxt tam uyğunlaşacaqlarını zaman göstərəcək. Düşünürəm ki, mütləq şəkildə artırmalıyıq".
saytlarin hazirlanmasi