"Şerif"in baş məşqçisi: "Təslim olmayacağıq"

09:45 - 12 İyul 2024

“Şerif”in baş məşqçisi Yuri Qura Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”yə Tiraspolda ilk oyunda məğlubiyyəti (0:1) şərh edib.

Sportal.az xəbər verir ki, o, cavab görüşü ilə bağlı danışarkən təslim olmayacaqlarını bildirib:

“Belə matçda məğlub olmaq üzücüdür. Aydındır ki, hava isti idi. Şərait hər iki komanda üçün eynidir. Amma bir komanda dayanmalı idi, biz isə qol vurmalı idik. Hücum etməyə çalışdıq, görünür, şanslarımız da oldu. Biz onlardan istifadə edə bilmədik. Statistikaya görə, “Zirə”nin qapı istiqamətinə yalnız bir zərbəsi, bir şansı və bir qolu var. Belə matçlarda məğlub olmaq çox ağırdır. Amma təslim olmayacağıq. Hər şeyə bəhanə gətirmək olar. Rəqib qol vurubsa, demək ki, müdafiəçilərin orada səhvi var idi. Komanda işinin olmaması haqqında danışmaq bir növ bəhanə olur. Bəlkə də Davit Volkovun bacarığıdır, həmin epizodda qolunu vurdu. Deyə bilərik ki, daha çox Volkov əla iş gördü və qol vurdu”.

Xəbər xətti