İsveç mətbuatı "Elfsborq"un Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri olan “Şerif”lə “Zirə”nin(0:1) matçından yazıb.
Sportal.az xəbər verir ki, "Fotboll Sthm" portalı "Zirə"nin Tiraspoldakı qələbəsini bu cür şərh edib:
"Son 3 ildə avrokubokların qrup mərhələsində yer almış “Şerif” üçün uğurlu püşkatma olduğu ehtimal edilirdi. Ancaq hər şeyin o qədər də asan olmadığı ortaya çıxdı. Meydanda "Şerif"in dominantlığı olsa da, "Zirə" 88-ci dəqiqədə qol vuraraq qalib gəldi. Tiraspol klubu 12 ildə ilk dəfə çempionatda qızıl medalı əldən vermişdi, indi isə Bakıda keçiriləcək cavab matçı ərəfəsində məğlub durumdadır. Bu il "Şerif" bir növ fasilə götürəcək?".
Qeyd edək ki, "Zirə"nin potensial rəqibləri "Elfsborq" "Pafos"u ilk görüşdə evdə 3:0 məğlub edib.