“Zirə”nin səfərdə “Şerif”ə qalib gəlməsi əla nəticədir. Yaxşı və etibarlı futbol oynadılar. Fikrimcə, “Zirə” Bakıda da uğurlu oyun sərgiləyərək növbəti mərhələyə adlayacaq”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake deyib. Bir neçə gün əvvəl aktiv futbolçu karyerasını başa vuran və “Mioveni” klubunda məşqçiliyə başlayan rumıniyalı sabiq komandasının qələbəsinə görə sevindiyini bildirib. Onun sözlərinə görə, “Zirə” “Şerif”i keçmək gücündədir:
“Zirə”nin ilk qələbəsi hər şeyi sübut edir. Onların evdə də “Şerif”i məğlub etmək üçün gücü var. Əminəm ki, növbəti mərhələyə adlayacaqlar. “Zirə”nin “Şerif”i mübarizədən kənarlaşdırması mənim üçün sürpriz olmayacaq. Bu, həm özləri, həm də Azərbaycan futbolu üçün çox yaxşıdır”.
saytlarin hazirlanmasi