"Zirə"nin sabiq müdafiəçisi Vild-Donald Gerye təmsilçimizin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovada "Şerif"i məğlub etdiyi görüşü şərh edib.
Sportal.az xəbər verir ki, haitili "Zirə"nin səfərdəki 1:0 hesablı qələbəsinə baxmayaraq, cavab qarşılaşmasının çətin keçəcəyini bildirib:
"Moldova klubu avrokuboklarda çox mövsüm keçirib, qruplarda mübarizə aparıb. Ona görə də “Şerif” üzərində səfər qələbəsi çox dəyərlidir. Amma qarşıda ikinci matç var. “Zirə” və Rəşad Sadıqova uğurlar arzulayıram. O, perspektivli məşqçidir. İnanıram ki, hər şey onlar istədiyi kimi alınacaq".
"Zirə" - "Şerif" matçı iyulun 18-də keçiriləcək.