"Şerif" "Zirə" ilə evdə öz azarkeşləri qarşısında oynayırdı. Ona görə də, qalib gələcəyini düşünürdüm. Amma bu komandada yeni oyunçular var idi. "Şerif" son illərdə çoxlu transferlər və rotasiyalar edirlər. "Zirə" ilə görüş də maraqlı və gərgin alındı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Anderlext" və "Xəzər Lənkəran" kimi klubların formasını geyinmiş Moldova millisinin sabiq üzvü Denis Kalinkov deyib.
Veteran futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif" - "Zirə" görüşü haqda danışıb. O, cavab görüşündə komandaların növbəti mərhələ şanslarını dəyərləndirib:
"İlk oyunda "Şerif" və "Zirə" eyni səviyyədə oyun göstərdi. Ona görə də hər iki komandanın növbəti mərhələyə adlamaq şansı eynidir. Proqnoz vermək çətindir. Hər iki komandaya uğurlar arzulayıram. "Zirə" ilk oyunda da etibarlı çıxış etdi və qalib gəldi. Cavab görüşünün də maraqlı və gərgin keçəcəyini düşünürəm".
Moldova millisində də çıxış etmiş Kalinkov "Anderlext", "Herenven", "Herakles", "Kambur" komandalarında oynadıqdan sonra 2009-2010-cu illərdə "Xəzər Lənkəran"ın formasını geyinmişdi. O, Lənkəran klubunda 25 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi