"Zirə"nin müdafiəçisi Ruan Renato Avropa Liqası I təsnifat mərhələsinin "Şerif"lə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az braziliyalı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
İlk oyundan daha gərgin matç olacaq. Çünki ilk oyundan sonra rəqibin də müəyyən hazırlıq prosesi olub. Daha hazırlıqlı, motivasiyalı gələcəklər. Doğma azarkeşlər önündə oynadığımızı nəzərə alsaq, ümidvaram ki, mərhələni biz keçərik. Onların dəstəyinə ehtiyacımıza var.
- Hesab xeyrinizə olsa da, sizi narahat edən nədir?
- Baş məşqçimizin də qeyd etdiyi kimi, rəqib daha motivasiyalı, daha hazırlıqlı gələcək. Müəyyən komponentlərdə yaxşı oynayırlar. Hər top uğrunda mübarizə aparan "Şerif" görə bilərik. İlk oyunda qazandığımız nəticə bizi növbəti mərhələyə daşımır. Hər birimiz sabah diqqətli olmalıyıq. Yaxşı müdafiə olunub, hücumda da şanslar axtarmalıyıq.
- İlk oyunda üzərinə çox iş düşdü. Səncə, indi rəqib daha çox üzərinə gələcək?
- Düzgün vurğuladız. Rəqib bu dəfə daha çox irəli atılmağa çalışacaq. Amma bizim də onlara qarşı oyun təcrübəmiz var. Rəqibi analiz etmişik. Oyunçuların meydanda nələr edə biləcəklərindən xəbərdarıq. Ən yaxşısını edəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi