"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

22:50 - 18 İyul 2024

"Zirə" bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şerif"lə qarşılaşıb.

Görüşün əsas və əlavə vaxtı Moldova təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Şerif" növbəti mərhələyə vəsiqə qazanıb.

Bu komandalar arasında Tiraspolda baş tutmuş oyun "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

20:00 "Zirə" – "Şerif" (Moldova) 1:2

Qırmızı vərəqə: Salifu Suma, 40

Qol: Rafael Utsiq, 5 - Əyyub Allaş, 53, Pape Ndiaqa Yade, 77
“Liv Bonadea Arena”
İlk oyun 1:0.

Xəbər xətti