"Zirə" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Şerif"ə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunu şərh etmək çox çətindir. Matçı iki hissəyə bölməliyik. Qırmızı vərəqəyə qədər olan hissə və ondan sonra. Qırmızı vərəqəyə qədər hər şey istədiyimiz kimi keçirdi. Qapımızda təhlükəli hücum imkanı vermirdik. Hesabda da irəlidə idik. Rəqib daha böyük qüvvə ilə irəli atılırdı. Bu dəqiqələrdə daha təmkinli oynayıb, əks-hücumda hesabı artırmaq istəyirdik. Təəssüflər olsun ki, heç nədən qırmızı vərəqə aldıq. İlk yarının sonlarında rəqibin üzərimizdə böyük üstünlüyü yarandı. İlk hissədən sonra müəyyən dəyişikliyə getdik. Uşaqlar yaxşı, əzmkar mübarizə apardılar. Təhlükəli də olurduq. Məyusedici məqam odur ki, rəqibə epizod vermədən qol buraxdıq. İkisi də ən çox çəkindiyim ikinci mərtəbədən oldu. Oyun epizodundan isə qol imkanı vermədik. Məyusuq. Amma məğlubiyyət bizim böyüməyimizə səbəb olacaq. Düşdüyümüz vəziyyəti düzgün təhlil etsək, təbii ki. Uşaqlarla qürur duydum. 10 nəfərlə mübarizə aparmaq çox çətin idi. Qol epizodu vermirdik. Olmadı. Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq.
- Əvəzetmələri necə izah edə bilərsiz? Bəlkə, Junioru buraxardız, Hacıağa ehtiyatda qalardı?
- Dayaq yarımmüdafiəçimiz Hacıağa idi. İlk dəqiqələrdən Zebli və Hacıağa ilə başlamağa qərar verdik. Bəzi rotasiyalar etmişdik. Hər şey qaydasında gedirdi. Sadəcə qırmızıdan sonra qopdu. Rəqibin oyun fəlsəfəsi asmalar, uzun ötürmələr idi. Ona görə də, 5-3-1 sisteminə keçdik ki, hesabı qoruyaq, əks-hücumda rəqibi tutaq. Əslində, oyunu penaltilərə qədər daşıdıq. Qalib gəlsəydik, dəyişiklərin effektiv olduğundan danışırdıq.
- Rüstəm Əhmədzadədən gözlədiyinizi ala bildiz?
- İşi çətin idi. Öndə tək forvard idi. Rəqib böyük qüvvə ilə hücum edirdi. Təbii ki, daha çoxunu gözləyirdim. Hər mübarizədə də hakim əks istiqamətə foul verirdi, imkan vermirdi ki, Rüstəm mübarizə aparsın.
- Hakim ikinci yarıda birtərəfli foullar verdi...
- Danışacam, deyəcəklər hakimlikdən danışır. Hamı hiss edirdi ki, hakimin rəqibə simpatiyası var idi.
- Müdafiəyəmeyilli oynadıqdan sonra iki qol buraxdız.. Bu, nə ilə bağlı idi?
- Narahat olduğumuz məqamlardan qol buraxdıq. İlk qol ani diqqətsizlikdən oldu. Qismətdir. Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq. Amma bir qol, bir assist etdi, sonda da penaltini vurdu.
- Sumanı cəzalandırmağı düşünürsüz?
- Təbii olaraq. Epizoda baxmamışam. Günahı varsa, böyük cəza alacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi