"Zirə" meydanda 11 nəfərlə qalsaydı, 100 faiz mərhələni adlayacaqdı"

10:46 - 21 İyul 2024

"Zirə"nin meydanda 10 nəfərlə qalması oyuna böyük təsir etdi. Məncə, elə buna görə də uduzdular. "Zirə"nin məğlubiyyətinə görə çox üzüldüm. Çünki onlar bu məğlubiyyətə heç layiq deyildilər. Fikrimcə, "Zirə" meydanda 11 nəfərlə qalsaydı, 100 faiz mərhələni adlayacaqdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin sabiq müdafiəçisi Adrian Skarlatake deyib. Hazırda Rumıniyada məşqçi kimi fəaliyyət göstərən Skarlatake təmsilçimizin Avropa Liqasının1-ci təsnifat mərhələsinin "Şerif"lə cavab görüşündə məğlub olaraq turnirdən kənar qalmasına münasibət bildirib: "Təsəvvür edin, bir komanda 80 dəqiqə on nəfərlə mübarizə aparır. Bu çox çətindir. "Şerif" də çox yaxşı komandadır. Onlar 50 dəqiqə, üstəgəl əlavə vaxtda 11 nəfərlə, "Zirə" 10 nəfərlə oynadı. Bu da təsirsiz ötüşmədi".

Rumıniyalı veteran futbolçu Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağıq "DAK Dunayska Streda" ilə görüşlərdəki şanslarını da dəyərləndirib: "Zirə"nin psixoloji cəhətdən yaxşı olması asan deyil. Amma onlar yaxşı komandadır. Düşünürəm ki, "Zirə" "Şerif"dən yaxşı idi, lakin qırmızı vərəqəyə görə bəxtləri gətirmədi. "DAK Dunayska Streda" yaxşı komandadır. İki əvvəl "Styaua" ilə oynamışdılar. "Zirə" üçün çətin oyundur. Məncə, şanslar 50/50-dir. “Zirə bəlkə də beş faiz üstündür. Düşünürəm ki, onlar növbəti mərhələyə adlamaq üçün psixoloji cəhətdən güclüdür. Bu komandaya uğurlar arzulayıram və vəsiqə qazanacaqlarına inanıram".

Mirbağırağa

Xəbər xətti