"Zirə" üzərində qələbə qazanmaq üçün komandaya kömək etmək istəyirəm"

12:22 - 21 İyul 2024

Slovakiyanın “DAK Dunayska Streda” klubunun yarımmüdafiəçisi Yan Bernat Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”yə qarşı keçiriləcək maçtlardakı hədəfdən danışıb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan futbolçu bunları deyib:

“Bizi vacib görüşlər gözləyir. İlk növbədə yaxşı oynamalıyam və qollar gələcək. “Zirə” üzərində qələbə qazanmaq və Konfrans Liqasının növbəti mərhələsinə yüksəlmək üçün komandaya mümkün qədər kömək etmək istəyirəm”.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 25-i Bakıda, cavab matçı avqustun 1-də Slovakiyada baş tutacaq.
 

Xəbər xətti