Moldova millisinin keçmiş üzvü, “Bakı”nın sabiq kapitanı Aleksey Savinov Sportal.az saytına açıqlama verib.
Veteran futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” və “Şerif” klubları arasında keçirilmiş cavab görüşü barədə danışıb.
Onun fikrincə, Moldova klubu da "Zirə" ilə eyni gücdədir:
"İkinci oyundan sonra fikrim dəyişmədi. İki bərabər rəqib qarşılaşdı. “Zirə” özünü yaxşı təşkilatlanmış, güclü komanda kimi göstərdi. “Şerif” əzmkarlıq nümayiş etdirərək ikinci hissədə iki qol vurdu. Təbii ki, “Zirə” üçün 80 dəqiqə azlıqda oynamaq çox çətin idi. Amma bu futboldur, belə şeylər olur. Penalti isə artıq lotereyadır.
Sevinirəm ki, hər üç Moldova komandası növbəti mərhələyə adlayıb. Mən isə “Zirə” və Rəşad Sadıqova uğurlar arzulayıram. Əminəm ki, onlar daha çox şeyə qadirdirlər.Təbii ki, tam heyətlə "Zirə" üçün daha asan olardı. Amma bu o demək deyil ki, “Şerif” qol vura bilməyəcəkdi. İki bərabər səviyyəli rəqiblər qarşılaşdı və hər ikisi qalib gələ bilərdi. Hakimliyə şərh verməyəcəyəm. Bu, mübahisəli və subyektiv məqamdır".
saytlarin hazirlanmasi