Rəşad Sadıqov jurnalistlərin qarşısına çıxacaq

15:33 - 22 İyul 2024

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də "Dalğa Arena"da jurnalistlərin suallarını cavablandıracaq.

Bakı klubunun media üçün açıq məşqi isə "Qarabağ Arena"da, saat 19:00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.

Xəbər xətti