Slovakiyanın “DAK Dunayska Streda” klubunun icraçı direktoru Yan van Daele “Zirə”yə qarşı Bakıda keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, “sportnet.sk” portalına danışan klubun rəsmisi azarkeşlərə də dəvət göndərib:
"Həftənin çərşənbə günü Konfrans Liqasının açılış matçı üçün Bakıya yollanacağıq. Azarkeşlərimizi də bizimlə Bakıya yollanmaq üçün dəvət göndərmişik. Hələ ki, qeydiyyatdan 30 azarkeş keçib. Bu uzun səyahət olacaq. Bakıdan Koşiçeyə çatacağıq. Komandada yaxşı ab-hava var və inanırıq ki, bu, qarşıdakı matçlarda da öz əksini tapacaq. Keçən mövsümə çox yaxşı başlamadıq, ona görə də oyunların ilk həftəsi vacibdir".
"Zirə" - "DAK 1904" matçı iyulun 25-də "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi