"Zirə" darmadağınla qalib gəldi - YENİLƏNİB

22:23 - 25 İyul 2024

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv öz meydanında Slovakiyanın “DAK 1904” komandası ilə qarşılaşıb.

Matç Rəşad Sadıqovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab oyunu isə avqustun 1-də Slovakiyada baş tutacaq.

20:30 “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) 4:0

Qollar: Rafael Utziq, 29, Junior Martins, 30, Davit Volkov, 50, 53

Bakı, “Dalğa Arena” stadionu
Baş hakim: İv Torres (Lüksemburq).

Xatırladaq ki, "Zirə" bundan əvvəl Avropa Liqasının birinci təsnifat mərhələsində "Şerif"ə (1:0, 1:2, penaltilərdə 4:5) uduzaraq yoluna Konfrans Liqasında davam etməli olmuşdu. 

Xəbər xətti