Slovakiyanın “DAK 1904” klubunun məşqçisi Roberto Kuesta bu gün “Zirə”yə qarşı keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispaniyalı məşqçi bunları deyib:
“Zirə” güclü komandadır, topu özündə saxlamağa, oyuna nəzarət etməyə çalışır. Bununla belə, onlar meydanda boş zonalar buraxırlar ki, biz də bundan yararlana bilərik. Topu qazandıqdan sonra qol vura bilərik. Bu, evdə cavab oyunundan əvvəl üstünlük qazanmaq üçün yaxşı şans olardı”.
Qeyd edək ki, "Zirə" - "DAK 1904" matçı "Dalğa Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi