Slovakiyalı futbol mütəxəssisi Karol Peçje "DAK 1904"ün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə”yə Bakıda uduzmasını (0:4) şərh edib.
Sportal.az "Športový Čas" portalına danışan slovakiyalı Dunayska Streda təmsilçisinin cavab görüşündəki şanslarını da dəyərləndirib:
"İlk oyundakı nəticə məni təəccübləndirdi və gözlənilməz oldu. "DAK 1904"ün bu avrokubok mövsümündə ötən ilkindən daha yaxşı nəticə göstərəcəyini gözləyirdim. Lakin bu baş vermədi. Belə nəticədən sonra geridönüş etmək çox çətin olacaq. Komanda bu rəqibə kifayət qədər hazırlaşıb? Bu sual altındadır. Problem rəqibin yanaşmasında, taktikasında və ya keyfiyyətində ola bilər. Bir neçə amilin eyni vaxtda üst-üstə düşməsi də mümkündür və nəticə belə oldu. “DAK 1904” yenidən qurulur, yeni oyunçular gəlib və inanıram ki, onların uyğunlaşmağa vaxtı olmayıb".
Qeyd edək ki, təcrübəli mütəxəssis daha çox "Spartak"(Trnava) klubundakı fəaliyyəti ilə tanınır.
saytlarin hazirlanmasi