Slovakiyanın “DAK 1904” klubunun hücumçusu Ladislav Almasi Konfrans Liqasının 2-ci turunun “Zirə”yə qarşı Dunayska Stredada keçirəcəkləri cavab oyunu (ilk oyun – 0:4) haqda danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan slovakiyalı hücumçu Azərbaycan təmsilçisi ilə oyundakı şanslarını belə dəyərləndirib:
"Cavab oyununda biz də “Zirə”yə dörd top fərqi ilə qalib gələ bilərik. Biz təslim olmuruq. Əgər “Zirə” dörd qol vurmağı bacarıbsa, niyə biz də bunu etməyək? Biz buna inanmalıyıq".
“DAK 1904 - "Zirə" matçı avqustun 1-də "MOL Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi