"Zirə"nin futbolçusu: "Sabah çox əziyyət çəkməli olacağıq"

21:32 - 31 İyul 2024

"Zirə"nin futbolçusu İsmayıl İbrahimli Konfrans Liqası II təsnifat mərhələsinin "DAK 1904"lə cavab matçında öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq üçün çox əziyyət çəkməli olduqlarını bildirib:

"Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin güclü və zəif tərəflərini bilirik. Onlar evdə yaxşı çıxış edirlər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində yaxşı oyunçular var. İlk matçda qələbə üçün çox əziyyət çəkdik. Sabah da çox əziyyət çəkməli olacağıq".

Xəbər xətti