Slovakiyanın “DAK 1904” komandasının baş məşqçisi Xisko Munyos bu gün Dunayska Strededə “Zirə”yə qarşı Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu (ilk oyun – 0:4) haqda danışıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Zirə" ilə oyun barədə bunu söyləyib:
"Bizi vacib oyun gözləyir. Biz öz oyun üslubumuzu göstərməliyik və sübut etməliyik ki, Bakıdakı matçın nəticəsi böyük səhv olub. Biz özümüzə inanmalı və başladığımız işə davam etməliyik. Hər birimiz əlavə səy göstərməliyik. Biz həmişə təfərrüatlara diqqət yetiririk, ona görə də penalti zərbələrini də məşq etmişik. Futbolçularıma güvənirəm və onların xarakter nümayiş etdirmələri, hər şeylərini vermələri vacibdir.
"DAK 1904 - "Zirə" matçı "MOL Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi