Slovakiyanın “DAK 1904”ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun cavab oyununda “Zirə”yə məğlubiyyəti (1:2, ilk oyun – 0:4) şərh edib.
Sportal.az xəbər verir ki, “Športweb”ə danışan ispaniyalı mütəxəssis uğursuzluqlarını bu cür ifadə edib:
"Zirə”ni təbrik edirəm, əla iş gördülər. Amma onlar bizi heç nə ilə təəccübləndirmədi. “Şerif”lə matçlarda komandanın ustalığını, keyfiyyətini görmüşdük. Bizimlə oyunlarda da bunu maksimum dərəcədə göstərdilər. İlk oyunda onlar ilk dəqiqələrdən bizə iki qol vurdular, sonra təcrübələri öz bəhrəsini verdi. “Zirə” Konfrans Liqasının nə olduğunu daha yaxşı bilir. Rəqib komanda daha yaxşı idi”.
Qeyd edək ki, "Zirə" Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Osiyek"lə qarşılaşacaq.
saytlarin hazirlanmasi