"Zirə" "Kəpəz"də oynamış daha bir futbolçunu transfer etdi

15:34 - 3 Avqust 2024

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb.

Gürcüstanlı yarımmüdafiəçiylə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, "Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfər fərqlənib.

Əlavə edək ki, "Zirə" ötən mövsümü "Kəpəz"də keçirmiş Junior Martinslə də müqavilə imzalamışdı.

 

Xəbər xətti