"Bakıdakı oyundan sonra "DAK 1904"ün "Zirə" üstələyəcəyinə inanmırdım. "Zirə" həm Bakıda, həm də Slovakiyada lazım olan kimi oynadı. Slovakiyadakı matçda da qollarını vurdu və hər şeyi həll etdi. Qırmızı vərəqədən sonra isə "Zirə" kimi təcrübəli komanda topu saxladı və oyunu qələbəyə apardı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Çexiyanın "Dinamo Çeske Budeyeviçe" klubunun məşqçisi İvan Pyexa deyib. Slovakiyalı veteran futbolçu "DAK 1904"ün Konrfans Liqasının 2-ci təsnifat mərhələsinin "Zirə"yə qarşı keçirdiyi oyunlardan danışıb.
"Xəzər Lənkəran" və "Rəvan" klublarında legioner həyatı yaşamış Pyexa "Zirə" barədə müsbət fikirlər bildirib: "Zirə"nin oyunun bəyəndim. 6:1 hesabı da bundan xəbər verir. "Zirə" çox keyfiyyətli futbolçulardan ibarətdir və daim topla oynamağa çalışır. Digər tərəfdən "DAK 1904"ün bu qədər pis oynamasına çox təəccübləndim. Azərbaycan klublarının növbəti mərhələləri məni sevindirir. Bu da onu göstərir ki, Azərbaycanda klub futbolunda işlər necə lazımdırsa, gedir. "Qarabağ" ildən-ilə daha da güclənir və indi də "Zirə" ilə "Sabah" növbəti mərhələyə adlayır. Azərbaycan klublarına uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi