"Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 1-ci turunun “Səbail”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Osiyek"i nə dərəcədə incələyə bilmisiz?
Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək.
- Papunaşvilinin transferinin gec baş tutması nə ilə bağlıdır?
- Bəli, sezonun əvvəlindən marağımız var idi. Sadəcə klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq əldə olundu. Məyus edən tərəf odur ki, ayyarım zədəsini müalicə edib, sonra isə fitnes məşqləri edib. Dörd aydır kollektivdən uzaqdır. Bəlkə də, formasını 2 aya bərpa edəcək.
- Uğurlu performansın davamı üçün hansı planlarınız var?
- Rəqibi bir az da təhlil edəcəyik. Oyun planı ilə bağlı məsləhətlər aparacağıq. İlk matçda uğurlu çıxış etmək çox önəmlidir. Rəqib də doğma azarkeşləri önündə sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdır.
- Klublarımızın avrokuboklarda üçüncü mərhləyə çıxması çempionatın səviyyəsi ilə bağlıdır, yoxsa büdcələrin yüksəlməsi?
- Futbolçu keyfiyyəti olaraq, bütün komandalarımız eyni keyfiyyətdədirlər. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırdı. Bu tip oyunlarda faydalı olur. İstəyərdik ki, növbəti mərhələyə hamımız keçək. Bütün komandalar uğurlar arzulayıram.
- İssa Cibrilladakı perfromans artımını nə ilə əlaqələndirisiz? Sanki Donald Geryenin "Qarabağ"a gəldiyi ilk günləri xatırladır...
- Tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanışır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiz. Bizim əsas sol cinah müdafiəçimiz Cibrilla olmayacaq. Sağdan da hücumameyilli oynayır. Avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayırlar. Avrokuboklarla bağlı planımız budur. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldır ki, futbolçularda universallıq var. Belə olduqda, məşqçi üçün manevr imkanları asan olur.
- "Səbail"dən hamı ilə görüşdüz, Kərim Diniyevlə görüşmədiz. Səbəb nə idi, probleminiz var?
- Nə problemim ola bilər. Futbolçu vaxtında ən çox hörmət etdiyim futboçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridir ki, hər məşqçinin məhəbbəti və hörməti olar. Görüşməmişəmsə də, xartırlamıram. Bir-bir hamı ilə görüşdüm.
- Roman Qriqorçukun "Neftçi"si, Kurban Berdıyevin "Turan Tovuz"u haqda təəssüratınız necədir?
- Oyunu izləyə bilməmişəm. Havalar çox isti keçir. Oyunun icmalını izlədim. Dünən necə oynayıblar bilmirəm. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Belə insanların gəlişinə çox sevinirəm. Öz komandalarına oyunlarını, ustalıqlarını yansıdacaqlar. Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq.
- Yerli bazardan transferlər edirsiz. Təsadüfdür?
- Təsadüfən elə alındı. Başqa ölkələrdən də transferlərimiz olur.
Mirbağırağa
saytlarin hazirlanmasi