Xorvatiyanın “Osiyek” klubunun rəsmi saytı Konfrans Liqasının 3-cü mərhələsində komandaya rəqib olan “Zirə”dən yazıb.
Sportal.az xəbər verir ki, xorvatiyalılar Azərbaycan klubu barədə bu cür informasiya verib:
"Növbəti turda Azərbaycan çempionatında ikinci yeri tutan “Zirə” ilə oynayacağıq. Slovakiyanın “DAK 1904” komandası ilə ilk oyunda azərbaycanlıların 4:0 hesablı inamlı qələbəsini bayram edəndə artıq bunun eyhamlarını almışdıq.Daha sonra Slovakiyada keçirilən cavab matçında “Zirə” yenə qalib gəldi (2:1): Rəqib oyunçu Yapinin qırmızı vərəqə almasından sonra Rafael Utziq (25) və kapitan Qismət Alıyev (57-pen) qol vurdu. Bir daha aydın oldu ki, Rəşad Sadıqovun kollektivi reallaşa bilməyən bir neçə yaxşı imkanlara malik olmaqla yanaşı, yalnız ikinci hissənin ilk 20 dəqiqəsində qarşılaşmada üstün olan Slovakiya təmsilçisindən daha sürətli və daha təhlükəli idi. Beləliklə, “Zirə” iki görüşdə problemsiz qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin etdi.“Zirə” bu mövsüm avrokubok kampaniyasına Avropa Liqasının təsnifat mərhələsində “Şerif”lə qarşılaşmalarla başlayıb. Səfərdə 1:0 hesabı ilə qalib gəlsələr də, evdə uduzublar - 1:2 və oyun penaltilər seriyasına gedib. Bakı klubu burada 4:5 hesabı ilə uduzdu.Azərbaycan klubunun heyətində Portuqaliya, Braziliya, Ruanda, İtaliya, Nigeriya, Ukrayna, Niger, Qvineya, Gürcüstan və Kot-d'İvuardan olan futbolçular yer alıb. Dünyanın müxtəlif yerlərindən toplanmış çox rəngli kollektivdir. Təbii ki, onlar əsl güclü komanda yaratdılar. “Zirə” üçün də çempionat həftənin bazar günü başlayır, bizim üçün də. Şübhəsiz ki, “Zirə” çox ciddi və yüksək keyfiyyətli rəqibdir. “Zirə”nin səviyyəsi “Levadiya”dan yüksəkdir".
"Zirə" və "Osiyek" klubları arasında ilk görüş avqustun 8-də Xorvatiyada baş tutacaq. Cavab oyunu isə avqustun 15-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi