“Zirə”nin futbolçusu Salifu Suma Konfrans Liqasının III təsnifat mərhələsinin “Osiyek”lə ilk oyununda meydana çıxmayacaq.
Sportal.az xəbər verir ki, paytaxt klubunun qvineyalı futbolçusu Avropa Liqasının I təsnifat mərhələsinin “Şerif”lə cavab oyununda aldığı qırmızı vərəqəyə görə UEFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya edilib.
O, Konfrans Liqasının ikinci turunun “DAK 1904” ilə hər iki matçını buraxıb. Sumanın daha bir matçlıq cəzalı qalıb.
21 yaşlı yarımmüdafiəçi “Osiyek”lə Bakıda keçiriləcək cavab oyununda komandasına kömək edə biləcək. Həmin matç avqustun 14-də “Dalğa Arena”da keçiriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi