"Zirə"nin futbolçusu Anje Mutsizni Konfrans Liqası III təsnifat mərhələsinin "Osiyek"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az ruandalı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
"Böyük komandaya qarşı oynayacağıq. Asan olmayacağını düşünürəm. Rəqib doğma meydanda oynayır. Biz də evə sərfəli nəticə ilə dönmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Baş məşqçimiz həm insan kimi, həm məşqçi kimi ən xoş sözlərə layiqdir. Burada adaptasiya prosesini asanlıqla keçdiyim üçün ona minnətdarlığımı bildirirəm. Bura gəlməzdən öncə "Zirə"də oynamış, Portuqaliyada çıxış edən futbolçularla əlaqə saxladım. Azərbaycan, çempionat haqda xoş sözlər dedilər. "Zirə"də olduğum üçün xoşbəxtəm".
saytlarin hazirlanmasi